...

Azərbaycanın müxalif partiyasının sədri parlament qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış edib

Siyasət Materials 11 May 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov parlament qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış edib. İsmayılov cümə günü Trend ə bildirib ki, o "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsini Milli Məclisə təqdim edib. Əlavə və dəyişikliklərdə qeyd olunub ki, ürək çatışmazlığı olan uşaqlara tibbi yardım dövlət büdcəsindən maliyyələşdirilsin və onların müayinəsi pulsuz aparılsın. Millət vəkili, bu dəyişiklik və əlavəni seçicilərin şikayəti əsasında hazırladığını deyib.

İsmayılov ötən ilin sonunda "İkili vətəndaşlıq haqqında" qanun layihəsini hazırlayaraq parlamentə təqdim etmişdi.

Ədalət Partiyası 1995-ci ildə yaranıb. 1996-cı ildə Azərbaycan Demokrat Partiyası ilə birləşib və 2000-ci ildə bərpa olunub. 2001-ci il iyunun 2-də ilk bərpa qurultayı keçirilib, sağ mərkəzçi partiyadır.

Xəbər lenti

Xəbər lenti