...

Aİ Azərbaycanı cinayət qanunvericiliyindən mətbuatın azadlığının məhdudlaşdırılması üçün istifadəni dayandırmağa çağırır

Siyasət Materials 11 May 2007 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Avropa İttifaqı ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraştinin Azərbaycanda cinayət qanunvericiliyindən mətbuatın azadlığının məhdudlaşdırması üçün istifadəyə son verilməsi ilə bağlı çağırışlarını tam dəstəkləyir. Cümə günü Almaniyanın Bakıdakı səfirliyi tərəfindən yayılmış Avropa İttifaqının bəyanatında təşkilat Azərbayacanın işğal olunmuş Xocalı şəhərinin sakinlərinin təhqir olunması və bu şəhər barədə təhrif olunmuş məlumatları yaymaqda təqsirləndirilən müxalifətin "Realnıy" Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin 2,6 il azadlıqdan məhrum edilməsinə təəssüfünü bildirir.

Avropa İttifaqı Azərbaycan hökumətinin əsas vəzifəsinin jurnalistləri qorxu və zorakılıqdan qorumaq olduğunu xatırlatmaqla daha iki jurnalistin (Rafiq Tağı 4 il və Səməd Sədaqətoğlu 3 il) məhkum olunmasından təəssüfünü bildirir. Onlar mayın 4-də müstəqil ədəbiyyat qəzetində ("Sənət") yazdıqları fəlsəfi essenin milli və dini nifrətə təhrikçilik kimi dəyərləndirilməsinə görə azadlıqdan məhrum ediliblər.

Bununla yanaşı Aİ aprel ayında Miklos Haraştinin və Cənubi Qafqaz üzrə nümayəndə Piter Semnebinin səfəri zamanı burada olan müsbət hadisə - İslam Konfransı Təşkilatı Baş Katibliyinin və Azərbaycan hökumətinin təşkilatçılığı ilə "Tolerantlıq və Qarşılıqlı anlaşmanın inkişafınbda KİV-in rolu" adlı beynəlxalq konfransın keçirilməsi də qeyd olunub. Aİ həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Haraşti arasında olan açıq dialoq və Azərbaycanın xarici işlər naziri Məmmədyarov və Semnebi arasında mətbuata bağlı məsələlərdə Azərbayacan və Aİ arasında sistemli dialoq barədə razılığı alqışlayır. Aİ həmçinin ANS televiziya kanalının altı illik lisenziya almasını dəstəkləyir.

Avropa İttifaqı hökuməti jurnalistlərə qarşı zorakılıq cinayətlərinin hamısını, xüsusilə Elmar Hüseynovun ölümü və Üzeyir Cəfərova hücumla bağlı işləri araşdırmağa çağırır.

Xəbər lenti

Xəbər lenti