...

Azərbaycan prezidenti mədəniyyət ocaqlarının təmiri ilə tanış olub

Siyasət Materials 16 May 2007 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Kukla Teatrı, Heydər Əliyev adına Saray və Rus Dram Teatrının binalarında aparılan təmir işləri ilə tanış olub. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Hər üç binada görülən işlərlə yaxından maraqlanan prezidentə artıq başa çatdırılmış və gələcəkdə görüləcək işlər haqqında ətraflı məlumat verilib. Prezident təmir-bərpa işləri ilə əlaqədar göstərişlərini verib.

Heydər Əliyev adına Sarayda dövlət başçısına məlumat verilib ki, burada təmir işləri ən müasir texnologiyalar əsasında aparılır. Səhnə və zalda səs sistemi tamamilə dəyişdiriləcək. İstilik və havalandırma avadanlıqları isə dünyanın ən məşhur firmalarından alınır.

Xəbər lenti

Xəbər lenti