...

Ermənistan Silahlı Qüvvələri işgal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlər keçirir

Siyasət Materials 19 May 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan ərazilərində yenidən hərbi təlimlərə başlayıb. Erməni hərbçiləri təlimlərdə əsasən ağır zirehli texnika ilə bərabər aviasiyalardan da istifadə edir. Belə ki, vertolyotlar əsasən Ağdamın işğal altında olan Sarıcalı kəndində və Uzundərə adlanan ərazidə dövrə vururlar. Təlimlərdə istifadə olunan texnikadan atılan mərmi güclü partlayış səsləri törətdiyi üçün Ağdamın və Ağcabədinin cəbhə xətlərində yerləşən yaşayış məntəqələrində eşidilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu şənbə günü Trend ə açıqlamasında faktı təsdiqləyib və qeyd edib ki, bu hal birinci dəfə baş vermir. O, beynəlxalq təşkilatların bu məsələyə diqqətlə yanaşmasını və Ermənistanın Silahlı Qüvvələrinin bu hərəkətlərinin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsini vacib sayıb. Sabiroğlu Müdafiə Nazirliyinin qarşı tərəfin hərəkətlərinə biganə qalmadığını və müvafiq tədbirlər görüldüyünü deyib. Həmçinin qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri düşmən tərəfindən baş verə biləcək hər hansı təhlükənin qarşısını almağa qadirdir.

Xəbər lenti

Xəbər lenti