...

Tərtər rayonunda silah-sursat aşkarlanıb

Siyasət Materials 21 May 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayon Polis Şöbəsinə daxil olan anonim zəng əsasında şəhərin mərkəzində silah-sursat tapılıb. Rayon Polis Şöbəsinin rəis müavini Məhərrəm Əliyevin bazar ertəsi verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində iki avtomat maqazinin darağı, bir SN1 əl qumbarası, 50-ə yaxın müxtəlif silah gülləsi aşkarlanıb. Tapılan silah-sursatlar Daxili İşlər Nazirliyinin aidiyyatı şöbələrinə göndəriləcək.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən isə bildiriblər ki, bu gün Tərtərin Şıxlar qəsəbəsində beş əldəqayırma qumbara zərərsizləşdirilib.

Tərtər paytaxt Bakıdan təxminən 300 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti