...

"ADP əvvəlcə müxalifətdəki mövqelərini möhkəmləndirmək, sonra iqtidarla dialoq qurmaq niyyətindədir"-Sərdar Cəlaloğlu

Siyasət Materials 23 May 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) əvvəlcə müxalifət düşərgəsində mövqelərini möhkəmləndirmək, sonra iqtidarla dialoq qurmaq niyyətindədir. Bu barədə müxalifətyönlü ADP-nin sədrliyinə namizəd Sərdar Cəlaloğlu çərşənbə günü açıqlama verib.

Cəlaloğlunun sözlərinə görə, iqtidarla müxalifət arasında əməkdaşlığın, dialoqun qurulması üçün siyasi partiya mütləq sağlam müxalifətçi mövqeyində olmalıdır: "Müxalifətçi mövqeyində dayanmadan iqtidarla dialoqa getmək olmaz. Ona görə ADP müxalifət düşərgəsini tərk etmir. Əksinə, müxalifətdəki mövqelərimizi möhkəmləndirib sonra iqtidarla danışıqlara gedə bilərik. Müxalifət qüvvələri ilə sağlam münasibətlərin yaradılması üçün siyasi partiyaların məşvərət Alyansının yaradılmasını təklif edirik"-deyə Cəlaloğlu qeyd edib.

Cəlaloğlu ADP-nin hələ ki, iqtidar düşərgəsinə keçmək barədə qərarının olmadığını deyib. Ona görə də partiya keçmiq müttəfiqləri olan müxalifət partiyaları ilə münasibətlərini bərpa etməyə çalışır.

Xatırladaq ki, sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti