...

Moskvada Azərbaycan vətəndaşı həbs edilib

Siyasət Materials 23 May 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Vətənə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunan Azərbaycan vətəndaşı Moskvada həbs edilib. Çərşənbə günü Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhdin fəal iştirakçılarından olan, uzun müddət beynəlxalq axtarışda olan 1965-ci il təvəllüdlü Bəxtiyar Məmmədov Moskva şəhərində tutularaq Azərbaycana gətirilib. Məmmədov 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 57-ci (vətənə xəyanət), 70-ci (banditizm), 15.120-ci (ölümə sui-qəsd) və 220-ci (müvafiq icazə olmadan odlu silah gəzdirmə, saxlama və ya satma) maddələri ilə təqsirli bilinərək həbsli axtarışda olub.

Xəbər lenti

Xəbər lenti