...

Bakı şəhər İcra Hakimiyyəti Müsavatın yürüş-mitinqinə icazə verib

Siyasət Materials 24 May 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına mayın 26-da Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasının qarşısından "Ukrayna" dairəsinədək yürüş-mitinq keçirməyə icazə verib. Bu barədə cümə axşamı Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Müsavat mayın 27-də aksiya keçirməklə bağlı müraciət etsə də, meriya partiyaya 26-da - saat 16.00-dan 18.00-a kimi icazə verib.

Müsavat Partiyası Tarif Şurasının enerji daşıyıcıları qiymətlərinin artırılması haqqında yanvarın əvvəlində qəbul etdiyi qərarına etiraz olaraq bir neçə dəfə yürüş-mitinq keçirib. Yanvardan etibarən hər ay keçirilən aksiyalar Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb və Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasının qarşısından "Ukrayna" dairəsinədək keçirilib.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti