...

Respublika Prokurorluğu Qubada aşkar edilmiş kütləvi məzarlıqla bağlı müxtəlif araşdırmalar təyin edib (video)

Siyasət Materials 31 May 2007 12:09 (UTC +04:00)
Respublika Prokurorluğu Qubada aşkar edilmiş kütləvi məzarlıqla bağlı müxtəlif araşdırmalar təyin edib (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva/ Qubada aşkar edilmiş kütləvi məzarlıqla bağlı Respublika Prokurorluğu tərəfindən müxtəlif araşdırmalar təyin olunub. Bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib. Onun sözlərinə görə, həmin araşdırmalara Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun, Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza İdarəsinin əməkdaşları cəlb olunub.

Qaralov bildirib ki, hazırda mütəxəssislər tərəfindən tətqiqat işləri aparılır, tətqiqatın nəticələri təqdim olunandan sonra rəsmi açıqlama yayılacaq.

Qubada aprelin əvvəllərində kütləvi insan məzarlığı aşkarlanıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu mütəxəssislərinin rəsmi rəyində həmin insanların ermənilər tərəfindən soyqırım nəticəsində qətlə yetirildiyi göstərilib.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti