...

Azərbaycan prezidenti "Transparency İnternational" təşkilatının sədrini qəbul edib

Siyasət Materials 31 May 2007 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı "Transparency İnternational" təşkilatının sədri Hüget Labeli qəbul edib. Bu barədə Prezident Aparatından məlumat verilib. "Korrupsiyaya qarşı mübarizə və keçid dövrü ölkələrində institusional islahatlar" mövzusunda Avropa və Mərkəzi Asiya ölkələri üzrə konfransda iştirak etmək üçün ilk dəfə Bakıya səfər etdiyini bildirən Hüget Label tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü çatdırıb. O, Azərbaycanda müxtəlif sahələrdə uğurlu islahatların həyata keçirildiyini və mühüm nəticələrin əldə olunduğunu bildirib. Dövlət başçısı belə bir konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətli hadisə olduğunu qeyd edib və onun işinə uğurlar arzulayıb. Prezident Əliyev Azərbaycanda iqtisadiyyatın inkişafı, işsizliyin aradan qaldırılması, neft gəlirlərinin şəffaflığının təmin olunması, demokratik inkişaf və digər sahələrdə mühüm işlərin görüldüyünü vurğulayıb və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti