...

Sloveniya prezidenti rəsmi səfərlə Azərbaycana gələcək

Siyasət Materials 4 İyun 2007 17:18 (UTC +04:00)
Sloveniya prezidenti rəsmi səfərlə Azərbaycana gələcək

Azərbaycan, Bakı /müxbir Trend S.Ağayeva/Sloveniya prezidenti Yanez Drnovşek bu ilin iyul ayında rəsmi səfərlə Azərbaycanda olmağı planlaşdırır. Bu barədə Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar məlumat verib.

"Səfərin həyata keçirilməsi üçün razılıq artıq əldə olunub, yalnız texniki məsələlərin həlli qalıb. Tərəflər artıq təşkilati məsələlərə başlamağa hazırdır" - deyə diplomat bildirib. Səfərin tarixi və proqramı ekspertlər səviyyəsində razılaşdırılacaq.

Konsulun məlumat verdiyi kimi, bu, Drnovşekin Azərbaycana ilk rəsmi səfəridir və İlham Əliyevin keçən ilin avqustunda Sloveniyaya səfərinə cavab səfəridir. Sloveniya prezidentinin nəzərdə tutulan işgüzar səfəri iki ölkə arasında ikitərəfli və regional əməkdaşlıq üzrə dialoqun davamı olacaq.

Xəbər lenti

Xəbər lenti