...

Azərbaycanın siyasi partiyaları Qəbələ RLS-dən Rusiya və ABŞ-ın birgə istifadəsi ehtimalını şərh edirlər

Siyasət Materials 11 İyun 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Böyük səkkizlər"in görüşündə Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Corc Buşa Azərbaycanın Qəbələ rayonundakı Radiolokasiya Stansiyasından (RLS) müştərək istifadə edilməsi ilə bağlı təklifini Azərbaycanın siyasi partiyaları fərqli yönlərdən şərh edirlər.

Müxalifəti təmsil edən Müsavat Partiyası hesab edir ki, Azərbaycanın maraqlarına uyğun gələn ən optimal variant Qəbələ RLS-in ləğv olunmasıdır. Əgər RLS-in Rusiya və ABŞ-ın birgə istifadəsinə verilməsi haqqında danışıqlar gedəcəksə, o halda bu danışıqlarda Azərbaycan RLS-in sahibi olan tərəf kimi iştirak etməlidir: "Həmçinin bu məsələ Azərbaycanın təhlükəsizliyinin təmin olunması, ekoloji, siyasi, iqtisadi və digər maraqlarının nəzərə alınması şərti ilə müzakirə olunmalıdır"-deyə Müsavat Partiyasının bəyanatında deyilir.

Sağ mərkəzçi Azərbaycan Demokrat Partiyası (ADP) isə hesab edir ki, Qəbələ RLS-də Rusiya-ABŞ işbirliyinin baş tutacağı təqdirdə bunun Azərbaycanın ənənəvi düşmənlərinə heç bir təsiri olmayacaq. Əksinə, Azərbaycanda terror riski böyük olacaq: "Qəbələ RLS-də Rusiya-ABŞ işbirliyi baş tutarsa, bu halda Azərbaycan dövləti məsələdən səmərəli istifadə etməli, Qarabağ münaqişəsinin ədalətli həlli üçün tarixi şansdan yararlanmalı, ərazisində ekoloji təhlükəsizliyin təmin olunması üçün stansiyanın yeni texnologiya ilə təmin olunmasına və Azərbaycanın milli təhlükəsizliyinin kollektiv təhlükəsizlik çərçivəsində qorunmasına icarəçi dövlətlərdən zəmanət almalıdır"-deyə ADP-nin bəyanatında qeyd olunur. Partiya hesab edir ki, bütün bu şərtlər təmin olunmazsa, Azərbaycan cəmiyyəti bu hərbi obyektin bağlanması təşəbbüsü ilə çıxış etməlidir.

Liberal yönümlü partiya olan Demokratik İslahatlar Partiyası isə Qəbələ RLS-in iki böyük dövlətin birgə istifadəsinə verilməsinin Azərbaycanın maraqlarına tam uyğun gəldiyini, ölkəmizin strateji əhəmiyyətini artırdığını düşünür.

Xəbər lenti

Xəbər lenti