...

Azərbaycanın sabiq nazirinin məhkəməsində 30 zərərçəkən ifadə verib

Siyasət Materials 12 İyun 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı Rafiq Əliyev və daha 17 şəxsin məhkəməsi çərşənbə axşamı davam etdirilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçən prosesdə 2004-cü ildə Qarabağ veteranlarına və əlillərə paylanılmalı olan özəlləşdirmə paylarının mənimsəniliməsi epizodu üzrə zərərçəkənlərin dindirilməsi davam etdirilib.

Birinci fasiləyə qədər 30 nəfər zərərçəkən ifadə verib. İfadə verən şəxslərin sözlərinə görə, 2004-cü ildə paylarını banklardan almaq istəyərkən onlara özəlləşdirmə payının əvəzində 20 min manat təklif olunub. Zərərçəkənlər həmin vaxt bu təklifi özlərinə qarşı təhqir kimi qiymətləndirərək puldan imtina ediblər, həmçinin özəlləşdirmsə paylarını da ala bilməyiblər.

Zərərçəkənlərdən bəziləri özəlləşdirmə payının özlərinə verilməsini məhkəmədən tələb ediblər.

Proses davam etdirilir.

Xəbər lenti

Xəbər lenti