...

DSX rəisi: "2015-ci ilədək Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tamamilə peşəkarlardan ibarət olacaq" (video)

Siyasət Materials 12 İyun 2007 17:25 (UTC +04:00)
DSX rəisi: "2015-ci ilədək Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tamamilə peşəkarlardan ibarət olacaq" (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ 2015-ci ilədək Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyəti tamamilə peşəkarlardan ibarət olacaq. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev məlumat verib.

Quliyev qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin peşəkarlarla əvəzlənməsi prosesi artıq bir neçə ildir ki, həyata keçirilir.

"Sərhəd Nəzarəti Məntəqələrində artıq bu işlər tam yekunlaşıb. Hazırda Sahil Mühafizəsində bu işlər həyata keçirilir. Faktiki olaraq burada da işlər yekunlaşmaq üzrədir" - deyə Dövlət Sərhəd Xidmətinin rəisi bildirib.

Azərbaycan NATO qarşısında öz Silahlı Qüvvələrinin strukturuna daxil olan müxtəlif qoşun növlərinin şəxsi heyətinin peşəkarlarla əvəz olunmasına dair öhdəlik götürüb.

Quliyevin sözlərinə görə, Azərbaycanda biometrik eyniləşdirmə ilə bağlı işlər davam etdirilir. Quliyev vurğulayıb ki, bununla bağlı Dövlət Komissiyası yaradılıb və hazırda bu istiqamətdə işlər aparılır: "Hesab edirəm ki, yaxın müddətdə praktiki işlərə keçidlə bağlı müvafiq addımlar atılacaq. Bu sahədə praktiki işlərə 2008-ci ildə başlanacağı ehtimal oluna bilər".

Xəbər lenti

Xəbər lenti