...

NATO bu gün Rusiyanın Azərbaycanda PRO sisteminin yerləşdirilməsi ilə bağlı təklifini müzakirə edəcək

Siyasət Materials 14 İyun 2007 12:06 (UTC +04:00)

NATO-nun bu gün keçirəcəyi toplantıda Rusiya prezidenti Vladimir Putinin İran və Şimali Koreyanın mümkün hücumlarından qorunmaq üçün raketəleyhinə sistemin yaradılması məqsədilə Azərbaycandakı Qəbələ RLS-dən istifadəsinə dair təşəbbüsü müzakirə olunacaq. "Associated Press"in məlumatına görə, alyans ölkələrinin müdafiə nazirləri Brüsseldə həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə edəcək, konkret olaraq son zamanlar dinc əhali arasında ölüm hallarının artmasına toxunacaqlar.

Hayliqendammda keçirilən ikitərəfli danışıqlarda Putin ABŞ prezidenti Corc Buşa Amerikanın PRO sisteminin radar sistemini Çexiyada yox, Azərbaycanda yerləşdirməyi təklif edib. Rusiya prezidenti Birləşmiş Ştatların yaratdığı qlobal raketləleyhinə sistem üçün sipər kimi Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-dən istifadəni mümkün sayır.

Putin ABŞ liderinə bu bazanı birgə istismar etmək təklifi edib və müvafiq variantın Vaşinqtonun Polşa və Çexiyada tətbiq etmək istədiyi variantdan üstünlüyünü önə çəkib. RBK .

Putinin təklifini şərh edən Buş bunu məntiqli kimi dəyərləndirərək müvafiq istiqamətdə danışıqları davam etdirməyi vəd edib. "Rusiyanın öz ideyaları, bizim isə öz ideyalarımız var. Gəlin onları müzakirə edək və birgə qərar verək. Biz artıq Putinlə bu məsələni müzakirə etməyə başlamışıq, lakin mənə elə gəldi ki, bizim variantımız Putinin o qədər də xoşuna gəlməyib" - deyə Buş vurğulayıb.

ABŞ Polşa ərazisində 10 raket yerləşdirməyi, habelə qonşu Çexiyada radiolokasiya stansiyası tikməyi planlaşdırır. ABŞ Administrasiyasının bildirdiyinə görə, bu tədbirlər İran və Şimali Koreyanın mümkün raket hücumlarından qorunmaq məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti