...

Bakıda 400 kiloqrama yaxın narkotik vasitə məhv ediləcək

Siyasət Materials 14 İyun 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Narkotiklərlə Mübarizə günü münasibətilə qanunsuz dövriyyədən çıxarılmış və müsadirə olunmuş narkotiklər məhv ediləcək. Narkomanlığa və narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından cümə axşamı Trend ə verilən məlumata görə, iyunun 26-da 400 kiloqrama yaxın narkotik maddə yandırılacaq. Məhv ediləcək narkotik vasitələr ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılıb və məhkəmənin hökmü ilə müsadirə olunub. Məhv ediləcək narkotik vasitələr arasında ağır tərkibli narkotiklər də çoxdur.

Həmin gün Bakı Əyləncə Mərkəzində narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya problemi ilə bağlı iclas keçiriləcək.

Tədbirdə Dövlət Komissiyasına daxil olan nazirlik və dövlət komitələrinin nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti