...

Viktor Yuşenko bildirib ki, Avroatlantika təhlükəsizliyinin formalaşdırılması konsepsiyası Ukrayna üçün strateji istiqamətdir (video)

Siyasət Materials 15 İyun 2007 12:31 (UTC +04:00)
Viktor Yuşenko bildirib ki, Avroatlantika təhlükəsizliyinin formalaşdırılması konsepsiyası Ukrayna üçün strateji istiqamətdir (video)

Ukrayna, Kiyev /xüsusi müxbir. Trend E. Hüseynov/ Ukrayna prezidenti Viktor Yuşenko Trend agentliyinə və digər Azərbaycan kanallarına Kiyevdə verdiyi müsahibəsində bildirib ki, Avropanın ümumi təhlükəsizliyinin, avroatlantika təhlükəsizləyinin formalaşdırılması konsepsiyası Ukrayna üçün strateji istiqamətdir.

Dinamik islahatların Ukraynanın NATO-ya qəbul olmasına şərait yaratması ilə bağlı suala isə prezident belə cavab verib: "Avropa qitəsi üçün ümumi təhlükəsizlik modelinin yaradılması hazırkı dövrdə öz təhlükəsizlik siyasətini daha optimal formalaşdırmaq sualının əsas məqamıdır. Üç il bundan əvvəl Ukrayna müəyyən etdi ki, əsas strateji məqsədi Avropa və Avroatlantika İttifaqına qəbul olunmaqdır və biz bu istiqamətdə addımlayırıq".

Yuşenkonun sözlərinə görə, ölkənin NATO-ya daxil olması demokratikləşmə, iqtisadi , humanitar, sosial standrtların islahatı kimi "ev tapşırıqlarının" yerinə yetirilməsindən asılıdır.

Onun fikrincə, bu istiqamətdə çətinliklər çoxdur, lakin mövcud qaydaların, ənənələrin, standartların formalaşdırılması vacibdir. Bu demokratik institutlardan başlayaraq müdafiə idarəsinin və işin unifikasiyası ilə bitən böyuk daxili məsələdir.

Digər tərəfdən, Yuşenkonun sözlərinə görə, ölkənin hər bir vətəndaşı, siyasi qüvvəsi bilməlidir ki, aparılan siyasət NATO-ya qəbul olunmaq üçündür.

"Bu çox vaxt apara bilər, amma hər gəmi öz istiqamətini , hara getdiyinni bilməlidir. Yalnız bu halda o, bacarıqla arxadan əsən küləyin istiqamətini təyin edə biləcək",- deyə Yuşenko vurğulayıb.

Ukrayna prezidenti həmçinin psixolji planda çətinliyin, müdafiə strukturu sahəsində, müvafiq idarələrdə və demokratik bloklarda ayrı-ayrı məsələlərin formalaşdırılması ilə bağlı çətinliklərin olduğunu də dedi. " Amma biz başa düşürük ki, məqsədlər elə ona görə qoyulur ki, onlara çatmaq üçün mövcud problemlər dəf edilsin " -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti