...

Baş katib: Diqqətimiz GUAM-ın beynəlxalq əlaqələr sistemindəki nüfuzunun və çəkisinin artırılmasına yönəlib

Siyasət Materials 15 İyun 2007 15:37 (UTC +04:00)
Baş katib: Diqqətimiz GUAM-ın beynəlxalq əlaqələr sistemindəki nüfuzunun və çəkisinin artırılmasına yönəlib

Ukrayna, Kiyev /xüsusi müxbir Trend E. Hüseynov/ GUAM-ın (Gürcustan, Ukrayna, Azərbaycan, Moldova) baş katibi Valeri Çeçelaşvili ilə eksklüziv müsahibə.

-GUAM-ın Bakı sammiti çərçivəsində hansı hazırlıq işləri görülür?

-Bu , GUAM-ın həyatında çox ciddi və mənalı hadisə olacaq. Azərbaycan təkcə GUAM-da deyil, Cənubi Qafqaz və Qara dəniz regionunda bütün beynəlxalq əlaqələr sisteminin inkişafı kimi vacib və həllledici dövrdə sədrliyi öz üzərinə göturur. İndi bütün GUAM ölkələrinin iştirak etdiyi ciddi proseslər gedir. Biz hesab edirik ki, bu sammit nəticəsində təşkilatın beynəlxalq əlaqələr sistemində nüfuzü daha da artacaq və müvafiq olaraq GUAM-a üzv dövlətlərin milli maraqlarını reallaşdıran çoxtərəfli mexanizm olacaq.

Ciddi iş gedir. Əsas iş 9 nəfərlik işçi qpup çərçivəsində aparılıb, sammit ərəfəsində onların iclası keçirilib, Milli Koordinatorlar Şurasının biri neçə yığıncağı baş tutub.

16 iyundan başlayaraq GUAM-ın inkişafının bir neçə istiqaməti üzrə müvafiq srategiyaları hazırlayan müəyyən sahələr üzrə qrupların görüşləri keçirilicək. Xarici işlər nazirləri və dövlət başçıları Şurası üçün sənədlər hazırlayan milli koordinatorların görüşü gözlənilir. Mən əminəm ki, sammit çərçivəsində qəbul olanacaq sənədlər GUAM-ın inkişafına ciddi təsir göstərəcək.

-Sammitin gündəliyində hansı məsələlər durur?

-GUAM digər regional təşkilatlardan fərqli olaraq daha geniş sahələri əhatə edir. Bu təşkilat siyasi, iqtisadi, mədəni, humanitar xarakterli problemlərlə məşğul olur. Bu səbəbdən də biz bu istiqamətlərdə əməkdaşlığın inkişafına təsir göstərəcək qərarlar qəbul edəcəyik.

Mən GUAM-ın inkişaf strategiyası barədə danışdım. Bu, iqtisadiyyat, mədəni, humanitar, enerji və s. sahələrin inkişaf strategiyasına aiddir. Qarşıdakı illərdə bizim GUAM formatında əməkdaşlıq sisteminin ən yaxşı şəkildə institualizasiya planında GUAM-ın inkişaf proqramı olacaq. Bundan əlavə, iki konkret sənədin, yəni Radiasiya Təhlükəsizliyinin təmin olunması ilə bağlı əməkdaşlıq və multimodal nəqliyyat daşımaları sahəsidə əməkdaşlıqla bağlı müqavilənin imzalanması planşdırılır. Sənədlərlə, həmçinin GUAM-ın gələcək institualizasiyası ilə bağlı iş aparılır. Təşkilatda imtiyazlar və toxunulmazlıq haqqında razılaşma imzalanacaq. Mən istisna etmirəm ki, sahələr üzrə rəhbərlər və nazirlər görüş zamanı müvafiq sənədin imzalanması ilə bağlı təkliflərlə çıxış edəcəklər.

-Bakı sammiti çərçivəsində GUAM-ın sülhməramlı batalyonunun yaradılması məsələsi nə qədər aktualdır? Adətən sammit çərçivəsində müxtəlif komitələrin iclası keçirilir. Bu sammmitdə belə bir iclas gözlənilirmi?

-Şübhə etmirəm ki, GUAM-ın sülhməramlı batalyonunun yaradılması məsələsi Milli Koordinatorlar komitəsinin müzakirə mövzusu olacaq. Məsələnin xarici işlər nazirləri və dövlət başçıları Şurasının gündəliyinə salınması müzakirələr zamanı müəyyən olunacaq. Bu bütün sahələrdə inkişaf edən hərtərəfli təşkilatdır.

GUAM-a maraq artacaq. Biz mühüm qonaqları, xarici işlər nazirləri və prezidentləri gözləyirik. GUAM-ın formatında bir neçə göruş planlaşdırılır. Ənənəvi olaraq bu, GUAM-ABŞ göruşu olacaq, GUAM-Yaponiya formatında da görüş planlaşdırılır. Güman ki GUAM-Polşa formatında da görüş keçiriləcək. İstisnna olunmur ki, xarici tərəfdaşlarla məsləhətləşmələr zamanı digər formatlar da müəyyən olunacaq.

-Digər ölkələr GUAM-la əməkdaşlıq etmək və ya quruma üzv olmaqda maraqlıdırlarmı?

-Mən fikirləşirəm ki, sammit iştirakçılarının tərkibi bu suala cavab verir. Təşkilata olan maraq ciddi şəkildə artır. GUAM-ın genişləndirilməsi əsas məqsəd deyil. Biz təşkilatın beynəlxalq əlaqələr sistemində nüfuzunu və hüquq səlahiyyətlərini artırmaq haqda fikirləşirik. Xarici tərəfdaşların bizə marağı GUAM çərçivəsində bizim təşkilatçılığımızdan, bu mexanizmin effektivliyindən asılıdır. Bizim çox əlverişli nizamnaməmiz olacaq. Bu sənəd əməkdaşlığın müxtəlif formalarını nəzərdə tutur: nəzarətçi-dövlət və tərəfdaş-dövlət. Əgər hər hansı bir dövlət GUAM-la əməkdaşlığın prinsiplərini və məqsədlərini bölüşürsə, həmin dövlət təşkilatımızın üzvlüyünə daxil olmaq üçün müraciət edə bilər.

-Bu sammitdə belə dövlət başçılarından və vəzifəli şəxslərdən kim iştirak edəcək?

-Sammitidə dörd prezident iştirak edəcək. Həmçinin toplantıya Polşa, Rumıniya, Xorvatiya və Litvanın dövlət başçıları qatılacaq. Artıq Slovakiyanın xarici işlər nazirinin işttirakı da təsdiqlənib. Yaponiya xarici işlər nazirinin müavini, ABŞ isə dövlət katibinin müavini səviyyəsində təmsil olunacaqlar. Digər yüksək rütbəli qonaqlar da iştirak edəcək.

-İyun ayından başlayaraq Siz GUAM-ın baş katibi vəzifəsini icra edirsiniz. Təşkilatın ofisinin təşkili ilə bağlı işləri nə yerdədir?

-Ofis Kiyevin mərkəzrndə yerləşir, hazırda orada təmir işləri aparılır. Fikirləşmirəm ki, bu çox davam edəcək. Əgər Bakı sammitində mənim etdiyim təkliflər qəbul olunsa, katiblik sentyabrın 1-dən fəaliyyətə başlayacaq. Müvəqqəti olaraq ofis GUAM-ın Kiyevdəki İnformasiya mərkəzində yerləşəcək.

Xəbər lenti

Xəbər lenti