...

Milli Məclisdə Ali və regional apellyasiya məhkəmələrinə hakimlər təyin edilib

Siyasət Materials 16 İyun 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin şənbə günü keçirilən növbədən kənar iclasında Azərbaycan Ali Məhkəməsinə və yeni yaradılan regional apellyasiya məhkəmələrinə hakimlər təyin edilib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, prezident İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinə əsasən Ali Məhkəməyə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin olunmasını nəzərdə tutan layihəni Milli Məclisə göndərib.

Son günlər Azərbaycanın məhkəmə-hüquq sistemində ciddi islahatların aparıldığını vurğulayan komissiya sədri bildirib ki, bu dəfə hakim təyin olunan şəxslər Azərbaycanın hakim korpusunun təxminən 60 faizini təşkil edir. Müzakirələrdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinə 4 nəfər hakim təyin edilib. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinə 21, Gəncə Apellyasiya Məhkəməsinə 7, Sumqayıt Apellyasiya Məhkəməsinə 7, Əli Bayramlı Apellyasiya Məhkəməsinə 7, Şəki Apellyasiya Məhkəməsinə 7 nəfər hakim təyin edilib. Milli Məclisin qərarı ilə Ali, Apellyasiya və İqtisad məhkəmələrinin bu gün üçün fəaliyyət göstərən hakimləri vəzifələrindən azad ediliblər.

Xəbər lenti

Xəbər lenti