...

Deputatların maaşları artırıldı

Siyasət Materials 16 İyun 2007 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin şənbə günü keçirilən iclasında deputatların aylıq maaşları 25 faiz artırılıb.

Bundan sonra Milli Məclisin sədri 1950 manat maaş alacaq. Sədrin birinci müavini sədrin aylıq maaşının 90 faizi, sədrinin müavinləri 85 faizi, parlamentin komissiya sədrləri 80 faizi, komissiya sədrinin müavinləri 75 faizi, deputatlar isə 70 faizi qədər maaş alacaqlar. Bu isə o deməkdir ki, millət vəkili hər ay 1365 manat maaş alacaqlar.

Xəbər lenti

Xəbər lenti