...

Şimal bölgəsindən olan və ordudan yayınan 100-dək gənc Rusiyadan Azərbaycana gətiriləcək

Siyasət Materials 18 İyun 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın şimal bölgəsindən olan və ordudan yayınan 100-dək gənc Rusiya Federasiyasından və xarici ölkələrdən Azərbaycana gətirilərək orduya cəlb olunacaq. Bu barədə bazar ertəsi Quba, Qusar və Xaçmaz rayon hərbi komissarlıqlarından məlumat verilib. Məlumata görə, yay çağırış kampaniyası ərəfəsində Qubada 38, Qusarda 74, Xaçmaz rayonunda isə 43 ordudan yayınan gənc qeydiyyatdadır. Həmin gənclərin Azərbaycana gətirilməsi üçün Rusiya və əsasən MDB ölkələrində qeydiyyatda olduqları ərazilərin hüquq-mühafizə orqanları ilə birgə axtarış tədbirləri həyata keçirilir.

Ordudan yayınmaya gənclərin Rusiyada və digər xarici dövlətlərdə qanunsuz yaşaması, orada qanunsuz ali təhsil alması və ailə həyatı quraraq möhlət hüququnu pozmaq kimi səbəblər göstərilir. Hazırda rayon hərbi komissarlıqlarında möhlət hüququ olmayan gənclərin siyahıları dəqiqləşdirilir.

Quba rayonu paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti