...

Parlamentin komissiya sədri: "Azərbaycanda seçki komissiyaları ödənişli əsaslarla və peşəkarlardan formalaşdırılmalıdır" (video)

Siyasət Materials 18 İyun 2007 18:11 (UTC +04:00)
Parlamentin komissiya sədri: "Azərbaycanda seçki komissiyaları ödənişli əsaslarla və peşəkarlardan formalaşdırılmalıdır" (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, millət vəkili Əli Hüseynov bazar ertəsi Bakıda bildirib ki, Azərbaycanın Seçki Məcəlləsi mükəmməl bir sənəddir və məcəllədə hər hansı dəyişikliyə ehtiyac yoxdur.

"Hazırda Azərbaycanla beynəlxalq təşkilatlar arasında aparılan müzakirələrdə seçki komissiyalarının formalaşdırılması ilə bağlı məsələ müzakirə olunur. Lakin mən hesab edirəm ki, Azərbaycanda bütün səviyyələrdə seçki komissiyalarının ödənişli əsaslarla və peşəkarlardan formalaşdırılmasına keçmək lazımdır" - deyə komissiya sədri əlavə edib.

Hüseynov vurğulayıb ki, seçki komissiyalarının siyasi partiyaların nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılması ilə bağlı təkliflər absurddur və heç bir müsbət nəticə verə bilməz.

Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təşkilatlarla rəsmi Bakı arasında aparılan müzakirələrin nə vaxt başa çatacağına gəlincə, komissiya sədri bildirib ki, bu haqda məlumata malik deyil: "Çünki mən bu danışıqlarda birbaşa iştirak etmirəm. Bizim ekspert qrupu var və onlar bu məsələ ilə məşğul olurlar".

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurasının Venesiya Komissiyası ilə rəsmi Bakı arasında Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsinə dair müzakirələr aparılır. Müzakirələr əsasən seçki komissiyalarının formalaşdırılması ilə bağlı hazırkı formatın dəyişidirilməsi istiqamətində aparılır.

Xəbər lenti

Xəbər lenti