...

Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü olub

Siyasət Materials 18 İyun 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvilinin görüşü olub. Bu barədə Azərbaycanın Prezident Aparatından məlumat verilib.

Bakıda Prezident Sarayında keçirilən görüşdə dövlət başçıları iqtisadiyyat, energetika, nəqliyyat sahələrində Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla inkişafından razı qaldıqlarını bildiriblər. GUAM-ın artmaqda olan rolu və ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb, həm bu regional qurum, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişlənəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti