...

Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibətilə tədbirlər planı hazırlanıb

Siyasət Materials 19 İyun 2007 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibətilə tədbirlər planı hazırlanıb. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirlər planına əsasən, iyunun 22-də Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ölkənin hərbi təhsil müəssisələrinin məzunlarının buraxılış mərasimi keçiriləcək. Toplantıda Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev də iştirak edəcək. Tədbirdə hərbi təyyarələrin nümunəvi çıxışı da olacaq.

Məlumata görə, Bakının müxtəlif meydan və küçələrində hərbçilərin keçidi həmçinin tədbirlər planına salınıb. Daha sonra "Gülüstan" Sarayında diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, nazirlərin iştirakı ilə rəsmi qəbul olacaq.

Azərbaycan Silahlı Qüvvələrinin yaranması iyunun 26-da qeyd olunur.

Xəbər lenti

Xəbər lenti