...

GUAM sammiti Bakı bəyannaməsinin imzalanması ilə başa çatıb

Siyasət Materials 19 İyun 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Çərşənbə axşamı Azərbaycan paytaxtında keçirilən "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM"ın ikinci sammitinin yekunlarına dair Bakı bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ukrayna prezidenti Viktor Yuşenko, habelə Moldovanın baş naziri Vasili Tarlev imzalayıblar. Sənədin mətni hələlik açıqlanmır.

Sammit çərçivəsində həmçinin digər sənədlər imzalanıb. Onların arasında 2007-2008-ci ildə GUAM-dakı sədrliyin Ukraynadan Azərbaycana keçməsi ilə bağlı sənəd var.

Xarici işlər nazirləri GUAM sahə əməkdaşlığının strateji inkişafına dair saziş imzalayıblar.

GUAM sammitinin işinin nəticələri sammitdən dərhal sonra prezidentlərin keçirəcəyi brifinqdə açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti