...

Milli Məclis Aparatının rəhbəri: "Qəbələ RLS-dən birgə istifadə edilməsi yalnız ideyadır "

Siyasət Materials 21 İyun 2007 14:36 (UTC +04:00)
Milli Məclis Aparatının rəhbəri: "Qəbələ RLS-dən birgə istifadə edilməsi yalnız ideyadır "

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Qəbələ rayonundakı Radiolokasiya Stansiyasından (RLS) Rusiyanın ABŞ-la birgə istifadəsi reallaşarsa, RLS-lə bağlı sənəd ölkələr tərəfindən ratifikasiya olunmalıdır. Bu barədə Azərbaycanın Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

Mirzəyevin sözlərinə görə, hələlik bu, bir ideyadır və konkret olaraq heç bir plan və sənəd yoxdur: "Əgər gələcəkdə bu ideya reallaşarsa, RLS-lə bağlı mövcud sənədə yenidən baxılmalıdır. Ölkələr arasında üçtərəfli və ya çoxtərəfli sənəd imzalanmalı, daxili milli prosedurlara uyğun ratifikasiya olunmalıdır. Amma hələlik bu, yalnız ideya formasındadır"-deyə Milli Məclis Aparatının rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti