...

Yeni yaradılan müxalifət partiyası intellektual insanları birləşdirəcək

Siyasət Materials 22 İyun 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yeni təsis olunacaq Yeni Zaman Partiyasının siyasi kursu əsasən ölkənin köklü problemlərinin həllinə dair elmi yanaşmalar təqdim etmək, cəmiyyətdəki intellektual potensialı üzə çıxarmaqdan ibarət olacaq. Bu barədə partiyanın Təşkilat Komitəsinin rəhbəri Musa Ağayev məlumat verib.

Onun sözlərinə görə, Yeni Zaman Partiyası müxalifətyönlü, sağ mərkəzçi partiya olacaq. Ağayevin sözlərinə görə, bu partiyanın təsis olunmasını siyasi arenada yaranmış boşluq zəruri edir. Partiya daha çox ölkənin ziyalı, alim təbəqəsini əhatə etməyi nəzərdə tutur.

Ağayev onu da deyib ki, iyunun 30-a təyin olunmuş partiyanın təsis konfransı təxirə salınıb. Çünki Bakı Şəhər İcra Hakimiyyəti cavab məktubunda təşkilatçılara tədbirlərini keçirmək üçün özəl obyektlərə müraciət etməyi məsləhət görüb. Şəhər icra hakimiyyəti öz balansında yalnız Şəhriyar adına Mədəniyyət Sarayının olduğunu və hazırda burada təmir işləri aparıldığını bildirib.

Özəl obyektlərin axtarılması müəyyən vaxt tələb etdiyi üçün təsis konfransının vaxtı dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti