...

Azərbaycan prezidenti dövlət qulluqçularına ixtisas dərəcələri verilməsi və onların təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Siyasət Materials 22 İyun 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü "İnzibati vəzifələr tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında" sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Sərəncama əsasən, Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi Elçin Tələt oğlu Bağırova, Prezidentin Mətbuat katibi Azər Məhəmməd oğlu Qasımova, Prezidentin Icra Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman Abbas oğlu Ismayılova, Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Şamxal oğlu Hacıyevə 1-ci dərəcə dövlət müşaviri, Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini Şahin Möhübbət oğlu Rüstəmova, Nazirlər Kabineti Aparatının Sənaye şöbəsinin müdiri Səyyaf Fətiş oğlu Ismayılova və Baş nazirin köməkçisi Natiq Həmdulla oğlu Əzizova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

Prezidentin başqa bir sərəncamı ilə dövlət qulluğunda fərqlənən 13 nəfər dövlət qulluqcusu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 49 nəfər isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti