...

Azərbaycanın daxili işlər naziri: "Ölkəyə gətirilən qanunsuz narkotik maddələrin cəmi 10 faizi ifşa olunur"

Siyasət Materials 26 İyun 2007 15:54 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri: "Ölkəyə gətirilən qanunsuz narkotik maddələrin cəmi 10 faizi ifşa olunur"

Azərbaycan. Bərdə / Trend , müxbir Ş. Cəliloğlu/ Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə gücləndirilsə də, xüsusi uğur qazanılmayıb. Çünki Azərbaycana gətirilən qanunsuz narkotik maddələrin10%-ə qədəri ifşa olunsa da, 90%-i aşkar edilməyib. Bu bəyanatla çərşənbə axşamı Bərdə rayonunda Daxili Qouşnların N saylı hərbi hissəsinin zabit heyəti üçün inşa olunan binanın açılışnıda iştirak edən daxili işlər naziri Ramil Usubov çıxış edib. Nazirin sözlərinə görə, Azərbaycana narkotik maddələr əsaən iki marşrutla gətirilir. Bunlardan biri Əfqanistan-Orta Asiya-Azərbaycan, digəri isə Əfqanistan-İran-Azərbaycan marşrutudur.

Nazir hesab edir ki, narkotik maddələrdən istifadənin qarşısını almaq üçün gənclər arasında maarifləndirmə işi də gücləndirilməlidir.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti