Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Milli Konservatoriyanın nəzdində olan İncəsənət Gimnaziyasının iki şagirdinin xüsusi təqaüdə layiq görülməsi haqda çərşənbə günü sərəncam imzalayıb.
Sərəncam "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmana uyğun olaraq verilib.
Sərəncamda deyilir ki, İncəsənət Gimnaziyasının musiqi sahəsində xüsusi qabiliyyəti olan şagirdləri Aqşin Fərasət oğlu İsmayılov və Nigar Zamin qızı Qəhrəmanovanın adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın. "Həmçinin onlar Azərbaycan prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər" - deyə sərəncamda deyilir.