...

Paytaxtda dilənçiliklə məşğul olanlara qarşı mübarizə gücləndirilib

Siyasət Materials 28 İyun 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun/müx. "TrendLife" Fərid Sadıxov/ Son vaxtlar paytaxtda dilənçiliklə məşğul olanlara qarşı mübarizə tədbirləri gücləndirilib. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları 2007-ci ilin altı ayı ərzində 1270 dilənçi saxlayıb. İdarənin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Şamil Seydlinin sözlərinə görə, saxlanılan dilənçilərin kimliyi araşdırılarkən onların Yevlax, Ağdaş, Qax və digər rayonlarda yaşayan qaraçılar olduğu müəyyənləşib. Keçirilən reydlər nəticəsində məlum olub ki, dilənçilər səfirlik və nazirliklərin qarşısında, metro stansiyalarının çıxışlarında, parklarda, dayanacaqlarda, işıqforlar olan yerlərdə vətəndaşlardan pul istəyirlər. Saxlanılan qaraçılar gəldikləri rayonlara qaytarılıblar.

Qeyd edək ki, SSRİ dağılandan sonra sərhədlər möhkəmləndirildiyindən qaraçıların MDB daxilində bir ölkədən başqa ölkəyə köç etməsinə imkan verilmir.

Qaraçıların Azərbaycanın daxilində də köçəri həyat sürmələri çətinləşib. Əgər sovetlər dönəmində tabor adlandırılan qaraçı köçü Azərbaycandan Şimali Qafqazadək köç edirdisə, artıq buna imkan verilmir.

Qaraçılar Azərbaycana 1963-cü ildə Qazaxıstandan gəliblər. O zaman ölkə rəhbərliyinin qərarı ilə köçəri qaraçıları əsasən Yevlax şəhəri ətrafında yerləşdiriliblər. Lakin yavaş-yavaş yerli mühitə uyğunlaşan qaraçı tayfaları qısa zamanda digər rayonlara da yayılıblar. İndi onlara Bakı, Sumqayıt, Bərdə, Göyçay, Ağsu, Ağdaş, Gəncə və Xaçmazda da rast gəlmək mümkündür. Ölkəmizdə nə qədər qaraçının yaşadığı barədə Dövlət Statistika Komitəsindən və Daxili İşlər Hazirliyindən məlumat ala bilmədik. Bununla belə məlumdur ki, onların əksəriyyəti hələ də nə vətəndaşlıq alıb, nə də pasport qeydiyyatına düşüb.

Xəbər lenti

Xəbər lenti