...

"Bizim Azərbaycan" bloku "Azərbaycan yolu" Siyasi Hərəkatına qoşuldu

Siyasət Materials 28 İyun 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" blokuna üzv olan partiyalar və Azərbaycan Liberal Demokrat Partiyası "Azərbaycan Yolu" Siyasi Hərəkatına (AYSH) daxil olmağa qərar veriblər. Bu barədə cümə axşamı Siyasi Hərəkatdan məlumat verilib.

Həmin partiyaların yaydığı bəyanatda bildirilir ki, onların bu addımı müxalifət düşərgəsindəki parçalanma ilə əlaqədardır. AYSH-yə qoşulan partiyalar hesab edirlər ki, parçalanma narazı elektoratın nəinki adi vaxtlarda, hətta ölkənin həyatında mühüm əhəmiyyəti olan parlament və prezident seçkiləri dövründə də passivliyinə gətirib çıxarır. Bu isə indiki hakimiyyətin maraqlarına cavab verir: "Bunu nəzərə alan "Bizim Azərbaycan" Blokuna daxil olan partiyalar və Liberal Demokrat Partiyası siyasi müxalifətin parçalanması prosesini real inteqrasiya ilə əvəz etmək qərarına gəliblər. Müxalifətin düşdüyü indiki acınacaqlı durumdan optimal çıxış yolu vahid bir təşkilatda birləşməkdir" - deyə bəyanatda bildirilir.

"Azərbaycan Yolu" Siyasi Hərəkatı müxalifəti təmsil edən ictimai qurumdur. Burada QHT-lər bəzi siyasi partiyalar təmsil olunur. Hərəkatın sədri İlqar Qasımovdur.

Müxalifətyönlü "Bizim Azərbaycan" blokunda səkkiz partiya birləşib.

Xəbər lenti

Xəbər lenti