Azərbaycan prezidentinin sərancamına əsasən, cümə axşamı Sunduz Babayev Dəvəçi rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Novruz Novruzov Dəvəçi rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Prezidentin digər sərancamı ilə Novruz Novruzov Goranboy rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun yerinə Elşən Abbasov təyin olunub.