...

Salyanda 98 cinayət faktı qeydə alınıb

Siyasət Materials 29 İyun 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Salyan rayonunda il ərzində 98 cinayət faktı qeydə alınıb ki, bundan da 11-i şəxsiyyət əleyhinə törədilən cinayət hədisəsi olub. Bu barədə cümə günü Salyan rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Hamlet Salahov məlumat verib. Onun sözlərinə görə, ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 39 cinayət faktı qeydə alınmaqla, ümumi çəkisi 4 kq 200 qr narkotik vasitə dövriyyədən götürülüb. Hesabat dövründə adam oğurluğu, zorlamaq, soyğunçuluq kimi ağır hadisələr qeydə alınmayıb. Axtarışda olan 35 cinayətkardan 26-sı yaxalanıb.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti