...

Azərbaycan XİN başçısı: " Əgər biz xalqları sülhə hazırlamaq istəyiriksə, belə səfərlər olmalıdır"

Siyasət Materials 2 İyul 2007 21:01 (UTC +04:00)
Azərbaycan XİN başçısı: " Əgər biz xalqları sülhə hazırlamaq istəyiriksə, belə səfərlər olmalıdır"

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ "Əgər biz xalqları sülhə hazırlamaq istəyiriksə, belə səfərlər olmalıdır". Bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi bildirib. Nazirin fikrincə, Ermənistana və Azərbaycana qarşılıqlı səfərlər ziyanlı deyil, əksinə xeyirlidir.

Bir qrup Azərbaycan ziyalısının Dağlıq Qarabağa səfərərini normal hesab edən nazir deyib: "Əgər Dağlıq Qarabağda yaşayanlar Azərbaycan vətəndaşlarıdırsa, onda bu bölgəyə getmək normaldır. Bu, Dağlıq Qarabağın bir tərəf kimi danışıqlar prosesinə daxil olması demək deyil. Mən nazir kimi Ermənistanın naziri ilə danışıqlar aparıram. Azərbaycanlıların Dağlıq Qarabağa getməsi faciə deyil".

Dağlıq Qarabağda keçiriləcək qondarma prezident seçkilərinə münasibət bildirən nazir qeyd edib ki, azərbaycanlı icması doğma torpaqlarına qayıtmayana qədər orada keçirilən istənilən seçki qeyri-qanunidir və heç kim tərəfindən tanınmayacaq.

Ermənistanla aparılan danışıqlar prosesini şərh edən nazir deyib ki, hələ həmsədrlər prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrini təhlil etməlidirlər. Bundan sonra hansısa addımlar haqqında danışmaq olar.

Xəbər lenti

Xəbər lenti