...

MAQATE-nin Azərbaycan üzrə nümayəndəsinin ölkəmizə səfəri başlayıb

Siyasət Materials 3 İyul 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Azərbaycan üzrə kuratoru Andrey Çubovun bu gündən Azərbaycana səfəri başlayıb. Bu barədə Trend ə çərşənbə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. Qəribov bildirib ki, MAQATE təmsilçisi səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyi, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşlər keçirəcək. Görüşlərdə il ərzində Azərbaycanla MAQATE-nin birgə həyata keçirəcəyi layihələr müzakirə olunacaq.

Çubovun səfəri iyulun 7-də başa çatacaq.

Azərbaycanla MAQATE bu il birgə 5 layihə həyata keçirir.

Xəbər lenti

Xəbər lenti