...

Rusiya baş nazirinin birinci müavini hesab edir ki, hazırda dünyada Qəbələ stansiyasından yaxşısı yoxdur

Siyasət Materials 4 İyul 2007 16:22 (UTC +04:00)
Rusiya baş nazirinin birinci müavini hesab edir ki, hazırda dünyada Qəbələ stansiyasından yaxşısı yoxdur

Rusiya baş nazirinin birinci müavini Sergey İvanov bəyan edib ki, hazırda dünyada Qəbələ (Azərbaycan) radiolokasiya stansiyasından yaxşısı yoxdur. Bu barədə xəbəri İTAR-TASS yayıb.

"Keçmiş müdafiə naziri kimi mən bu günə bunu tam məsuliyyətlə deyirəm ki, Azərbaycandan cənubda, İran da daxil olmaqla nəinki yalnız ballistik, həm də qanadlı raketlərin buraxılışını müəyyən etmək üçün bundan yaxşı stansiya yoxdur", - deyə İvanov jurnalistlərə bəyan edib.

"Biz buna ehtiyac görmürük, amma Qəbələ stansiyasının modernləşdirilməsi məsələsi qoyularsa, biz buna hazırıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti