...

Nazir müavini: "Azərbaycanın ABŞ-la əməkdaşlığının gələcək inkişafı təhlükəsizlik sahəsində mümkündür"

Siyasət Materials 10 İyul 2007 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı/müx. Trend A. Qasımova, K.Ramazanova / Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bir gün əvvəl, iyulun 9-da Vaşinqtonda ABŞ-ın Dövlət Departamentində təhlükəsizliklə bağlı Amerika-Azərbaycan arasında baş tutan məsləhətləşmələrin yekunları ilə bağlı məlumat verərkən bildirib ki, Azərbaycan və ABŞ arasında əməkdaşlıq çox sıxdır və əməkdaşlığın gələcək inkişafına ümid böyükdür.

"ABŞ-la təhlükəsizliyə dair dioloq artıq 10 ildir ki, davam edir. Bu görüş ilk növbədə bizim təhlükəsizlik sahəsində əməkdaşlığımız üçün vacibdir. Bu, bizim tərəfdaşlıq əlaqələrimizin güclənməsindən xəbər verir və ABŞ-a Azərbaycanın yerləşdiyi regiondan gələn təhlükə və riskləri müəyyən etməyə imkan verir" - deyə Əzimov bildirib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələr təkcə əməkdaşlıq ilə bağlı birgə proqram prizmasından deyil, həmçinin Avroatlantika institutları çərçivəsində əməkdaşlıq prizmasından da nəzərdən keçirilir.

"ABŞ-la regional əməkdaşlıq transregional münasibətlərin gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəlib" - deyə Əzimov qeyd edib.

Əzimovun fikrincə, Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz sahəsinin inkişafı Amerika-Azərbaycan əməkdaşlığının müsbət nəticəsidir.

"Onun gələcək inkişafı ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlığın artmasından asılıdır" - deyə nazir müavini bildirib.

ABŞ dövlət katibinin köməkçisinin müavini, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə amrikalı həmsədri Metyu Brayza bildirib ki, danışıqların əsas mövzusu mövcud problemlərin geniş spektri olub.

Onun sözlərinə görə, Azərbaycanla möhkəm və uzunmüddətli əməkdaşlıq tərəflərin üç strateji istiqamətdə, təhlükəsizlik, energetika və islahatlar istiqamətində uğurlarından asılıdır, bu istiqamətlər demokratiya vasitəsilə siyasi və iqtisadi azadlıqların genişləndirilməsi məqsədi daşıyır.

Hərbi və demokratik islahatlar o halda bir- biri ilə bağlı olur ki, tərəflər Avroatlantika cəmiyyəti ilə əlaqələri dərinləşdirməyə çalışırlar" - deyə o əlavə edib.

Brayzanın fikrincə, enerji sahəsində təhlükəsizlik enerji, xüsusilə qaz tədarükünün marşrutunun çoxvariantlığını təmin edəcək.

Xəbər lenti

Xəbər lenti