...

Yeni yaradılan müxəlifətyönlü partiya prezident seçkilərində iştirak edəcək

Siyasət Materials 17 İyul 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yeni yaradılan müxəlifətyönlü Yeni Zaman Partiyası gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bu barədə partiyanın sədri Musa Ağayev çərşənbə axşamı jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, partiya bir lider deyil - ideologiya ətrafında formalaşmağa üstünlük verir. "Partiya gələn ilki seçkilərə qatılmağı nəzərdə tutur.Amma biz çalışacağıq ki, seçki taktikamız, proqramlarımız başqa partiyalardan fərglənsin. Mən partiya sədrlərinin özlərini lider adlandırmalarının da əleyhinəyəm. Fikrimcə, lider daha böyük üstünlüklərə malik olmalıdır" - deyə Ağayev qeyd edib.

Onun sözlərinə görə, Yeni Zaman Partiyası sağmərkəzçi partiya olacaq, üzvlük haqları, ianələr vasitəsi ilə maliyyələşəcək. Ağayevin sözlərinə görə, bu partiyanın 25 rayon təşkilatı yaradılıb.

Xatırladaq ki, partiyanın təsis qurultayı bazar günü keçirilib.

Xəbər lenti

Xəbər lenti