...

Bu ilin 6 ayında respublikada insan alveri ilə bağlı 138 fakt qeydə alınıb

Siyasət Materials 18 İyul 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu ilin 6 ayında respublikada insan alveri ilə bağlı cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 58 faiz artıb. Daxili İşlər Nazirliyindən çərşənbə günü Trend ə verilən məlumata görə, ötən ilin 6 ayında respublikada insan alveri ilə bağlı 87 cinayət qeydə alınmışdısa, bu il bu göstərici 138 fakt təşkil edib.. 2007-ci ilin 1-ci yarmilliyində insan alveri ilə bağlı cinayətlərə görə 140 nəfər məsuliyyətə cəlb olunub. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 84,6 faiz artıb. Həmin cinayətləri törədənlərin 47,1 faizini qadınlar təşkil edib. Həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınan cinayətlər də 4,8 faiz artıb. Qeydə alınan 1465 bu növ cinayətin 520-si satış və ya satış məqsədilə törədilən cinayətdir

Hesabat dövründə qanunsuz dövriyyədən 218 kiloqrama qədər narkotik vasitə çıxarılıb, 101 kiloqramdan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti