...

Azərbaycan prezidenti Belçika Kralına və baş nazirinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 20 İyul 2007 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Bu gün Azərbaycan prezidenti İlham Əliyev Belçikanın milli bayramı - Kralın andiçmə günü münasibətilə Kral II Albert və baş nazir Gi Verhofstadta təbrik məktubu ünvanlayıb.

Məktubda prezident Əliyev Azərbaycan ilə Belçika arasındakı münasibətlərin daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan prezidenti həmçinin iki ölkə arasında beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişlənməsinin hər iki xalq üçün daim faydalı olacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti