...

Lənkəranda intihar hadisəsi baş verib

Siyasət Materials 26 İyul 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran rayonunun Siyavar kəndində cümə axşamı səhər saatlarında intihar hadisəsi baş verib. Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Abasər Canbaxış oğlu Nəzərov yaşadığı evin piləkənində kəndirlə özünü asıb. Lənkəran şəhər Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Rafiq Qasımovun bildirdiyinə görə, ilkin versiya kimi hadisəyə səbəb Nəzərovun əsəb sarsıntısı keçirməsi göstərilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti