...

Azərbaycan prezidenti Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 26 İyul 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Prezident sarayında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Kislyakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Sergey Kislyak Bakıya səfərinin Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə münasibətlər ətrafında müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edib. Qonaq Rusiyanın Azərbaycana dost və strateji tərəfdaş kimi baxdığını bildirib. Kislyak iki ölkənin prezidentləri arasında keçirilən görüşlərin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə xüsusi təkan verdiyini vurğulayıb. Prezident Əliyev bu yaxınlarda Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə ikitərəfli münasibətlər, regiondakı vəziyyət və digər məsələlər ətrafında geniş müzakirələr apardıqlarını qeyd edib. Prezident Əliyev ölkələr arasında münasibətlərin səmimi, etibarlı və möhkəm xarakter daşıdığını deyib. O, Azərbaycanla Rusiya arasında bütün sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti