...

Rusiya Azərbaycanla sərhəddə təlimlər keçirəcək

Siyasət Materials 30 İyul 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova, E.Hüseynli/ Rusiyanın Fövqəladə Hallar Nazirliyi Azərbaycanla sərhədin Dağıstan hissəsində təlimlər keçirmək niyyətindədir. Bu barədə bazar ertəsi Rusiya FHN-in departament direktoru Yuri Vrajnikov məlumat verib .

Sərhədyanı miqyaslı təlimlər MDB qüvvələri korpusu çərçivəsində gələn il də planlaşdırılır.

Vrajnikov həmçinin qeyd edib ki, Rusiya Azərbaycanın FHN-də aviasiya xidmətinin yaradılması niyyətini dəstəkləyir. Onun sözlərinə görə, ilin sonunadək Azərbaycan FHN üçün bir təyyarənin verilməsi ilə bağlı məsələ həllini tapacaq.

"İki vertolyotun verilməsi ilə bağlı anlaşma artıq əldə etmişik və ilin sonuna kimi Azərbaycan üçün daha bir təyyarənin verilməsi ilə bağlı məsələni həll edəcəyik" - deyə Rusiya FHN-in departament direktoru bildirib.

Xəbər lenti

Xəbər lenti