...

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupuna daha bir konqresmen qoşulub

Siyasət Materials 30 İyul 2007 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı /ABŞ Konqresinin daha bir üzvü Azərbaycanı dəstəklməyə qərar verib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi bazar ertəsi məlumat yayıb.

Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi Qrupu fəaliyyət göstərir. XİN-dən bildirilib ki, bu il iyulun 25-də Palatanın daha bir konqresmeni - Beynəlxalq Əlaqələr Komitəsinin Avropa məsələləri üzrə altkomitəsi və Silahlı Xidmətlər Komitəsinin üzvü Co Vilson İşçi Qrupuna qoşulmaqdan məmnun olduğunu söyləyıb.

Beləliklə, artıq ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Azərbaycan üzrə İşçi Qrupunda iyirmi konqresmen fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti