...

Azərbaycan XİN rəhbərinin albaniyalı həmkarı ilə telefon bağlantısı olub

Siyasət Materials 31 İyul 2007 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, Trend , müxbir X.Ələkbərova / İyulun 31-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Albaniya xarici işlər naziri Lulzim Başa ilə telefon bağlantısı olub. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) məlumatında qeyd olunur.

Söhbət zamanı Başa azərbaycanlı həmkarını əmin edib ki, Albaniya hökuməti "MEIKO" şirkətinin Ermənistana silah verməsinə icazə verməyib. O bildirib ki, müqavilə ləğv edilib və silahlar Ermənistana göndərilməyəcək.

Albaniyalı nazir Albaniya-Azərbaycan münasibətlərinin bütün sahələrdə və iki ölkənin üzv olduqları təşkilatlar çərçivəsində çox vacib və çoxşahəli olduğunu qeyd edib.

Məmmədyarov albaniyalı nazirin cavabını qənaətbəxş hesab edib.

Xəbər lenti

Xəbər lenti