...

MDB fövqəladə hallar nazirlikləri şurasının Bakıda keçirilən iclasında əməkdaşlığa dair sənəd imzalanıb

Siyasət Materials 1 Avqust 2007 13:40 (UTC +04:00)
MDB fövqəladə hallar nazirlikləri şurasının Bakıda keçirilən iclasında əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli, K.Ramazanova/ Müstəqil Dövlətlər Birliyi (MDB) fövqəladə hallar nazirlikləri şurasının Bakıda keçirilən 21-ci iclası çərşənbə günü başa çatıb. İclasın sonunda təbii fəlakət və texnogen vəziyyət zamanı birgə əməkdaşlığa dair sənəd imzalanıb. Şuranın sədrliyi isə Azərbaycana keçib. Azərbaycan bir il ərzində sədrliyi həyata keçirəcək.

Şuranın iclası iyulun 29-da başlayıb. Toplantıda Belarus, Rusiya, Qazaxıstan, Tacıkistan, Özbəkistan və digər dövlətlərin fövqəladə hallar nazirliklərinin rəhbərliyi iştirak edib.

Xəbər lenti

Xəbər lenti