...

Azərbaycan prezidenti: "Qazaxıstanda yaşayan azərbaycanlılar ölkədəki həyat səviyyəsindən razıdırlar"

Siyasət Materials 6 Avqust 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A . Qasımova/ "Qazaxıstanda çoxlu sayda azərbaycanlı yaşayır. Onlar respublikadakı həyat səviyyəsindən razıdırlar, ölkənin səadəti uğrunda çalışaraq sülh və əminamanlıq şəraitində yaşıyırlar" - deyə Azərbaycan prezidenti İlham Əliyev "Kazİnform"a müsahibəsində bildirib. Qeyd edək ki, Əliyevin Qazaxıstana rəsmi səfəri avqustun 7-8-nə təyin olunub.

Prezidentin sözlərinə görə, Qazaxıstan Nursultan Nazarbayevin siyasəti və çoxmillətli xalqın tolerantlığı sayəsində həmvətənlərimizin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük nailiyyətlər nümayiş etdirir. "Qeyd etmək istərdim ki, heç də hər ölkə bununla fəxr edə bilməz, buna görə də siz fəxr etməlisiniz ki, ölkənizdə bütün millətlər bir ailə kimi yaşayır" - deyə Əliyev bildirib.

Prezident qeyd edib ki, güclü diaspor təşkilatları ölkənin milli maraqlarını müdafiə etməyə kömək edir. "Hazırda biz bütün Azərbaycan diaspor təşkilatlarının strukturizasiyasını başa çatdırmışıq, iki dəfə dünya azərbaycanlılarının qurultayını keçirmişik. Dünyada 50 mln.-dan çox azərbaycanlı yaşayır və əlbəttə ki, güclü Azərbaycan dövləti bütün həmvətənlərimz üçün dayaq olmalıdır" - deyə dövlət başçısı bildirib.

Əliyevin sözlərinə görə, son dövrlərə qədər, yəni 5-6 il bundan əvvəl diaspor təşkilatları praktiki olaraq ictimai əsəslarda fəaliyyət göstərirdi, bununla əlaqədar olaraq mərhum prezident Heydər Əliyevin qərarı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb və bu komitə yalnız disapor problemi ilə məşğul olur.

Prezident qeyd edib ki, hazırda hər bir ölkədə bu təşkilatlar strukturlaşdırılıb. "Son dövrlərdə biz müxtəlif ölkələrdə 30-dən çox səfirlik açmışıq. Hazırda dünyada onların sayı 50-dən çoxdur, bu və ya digər ölkələrdə yerləşən səfirliklər və diaspor təşkilatları birlikdə fəaliyyət göstərirlər" - deyə prezident Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti