...

Azərbaycan prezidentinin Qazaxıstana ikigünlük rəsmi səfəri başlayıb

Siyasət Materials 7 Avqust 2007 14:57 (UTC +04:00)

Qazaxıstan, Astana /müx. Trend K.Konırova/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı ikigünlük rəsmi səfərlə Qazaxıstana gəlib.

Qazaxıstan XİN-in mətbuat katibi İlyas Ömərovun Trend ə verdiyi xəbərə görə, bu gün Qazaxıstan prezidentinin iqamətgahında Əliyevin Nursultan Nazarbayevlə təkbətək və genişləndirilmiş tərkibdə hökumət nümayəndələrinin iştirakı ilə danışıqları keçiriləcək.

Danışıqların yekunlarına əsasən, bir sıra sənədlərin, o cümlədən Azərbaycanla Qazaxıstan arasında siyasi bəyannamənin, iki ölkənin baş telekanallarının əməkdaşlığına dair sazişin imzalanması gözlənilir. Həmçinin dövlət başçılarının birgə brifinqi nəzərdə tutulur.

Səfər proqramına əsasən, avqustun 8-də Azərbaycan prezidentinin Qazaxıstan Senatının spikeri Kasım-Tomart Tokayev və baş nazir Kərim Məsimovla görüşləri planlaşdırılır. Əliyevin həmçinin "Astananın baş planı" SC-yə baş çəkəcəyi gözlənilir. Dövlət başçısı burada Qazaxıstan paytaxtının inkişaf perspektivləri ilə tanış olacaq, eləcə də sülh və əminamanlıq Sarayına baş çəkəcək. Ənənəyə əsasən, Əliyev "Əbədi məşəl" ətrafında ağac əkəcək.

Günün ikinci yarısında Əliyev Azərbaycana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti