...

İranlı politoloq:"ABŞ-in ərəblərə böüyk miqdarda silah satışı, onları İrana qarşı sığortalamaq məqsədilə edilib"

Siyasət Materials 7 Avqust 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu / ABŞ ərəb ölkələrinə bir çox miqdarda silah satması, onların İrana qarşı təhküləsizliyini təmin etmək və İsrail ilə sülh etmək təklifinin irəli sürülməsi məqsədilə edilib. Londonda fəaliyyət göstərən iranlı politoloq Əlirza Nurizadə hesab edir ki, ABŞ-in ərəblərə böüyk miqdarda silah satışı, onları İrana qarşı sığortalamaq məqsədi daşıyır. Bu barədə çərşənbə axşamı Trend ə telefon vasitəsi ilə Nurizadə məlumat verib.

Onun fikrinə görə ərəb ölkələri həmişə ABŞ-dan İranın əlini İraqda açıq qoyduğuna görə narazılıq bildirirdi. Onlar İraqı özlərinə təhdid kimi hesab edirdilər. Yəni İraqda şiələrin güclənməsi və hakimiyyəti ələ keçirməsindən qorxurdular. Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyada şiə məzhəbli azlıqlaqların olduğuna görə İraqdakı şiə iqtidarını təhdid sanırdılar. Ancaq yaxın zamanlar ABŞ-in iki naziririn ərəb ölkələrinə səfərində, ABŞ ərəb ölkələrinin təhlükəsizliyini təmin etməyə söz verib. "Onların İsrail ilə sülh şəraitində yaşamaq şərti ilə, təhlüləsizliklərindən arxayın olmaq üçün ABŞ onları hərbi baxımından sığorta edib, yəni Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ-nə indiyədək İsrailin müqavimətinə görə yoxsa özünün istəmədiyinə görə sata bilmədiyi silahları satır. ABŞ bu ölkələrdən İrana qarşı qəti mövqe tutmağı tələb edib" - deyə Nurizadə vurğulayıb.

Keçmişdə İran bəzi ərəb ölkələrində siyasi baxımdan bir həddə qədər qarşılıqlı əlaqələr yaratmışdı. Amma bu əlaqələr Əhmədinecadın prezidentliyindən sonra yavaş-yavaş soyudu. Əlbəttə, İranın dini rəhbərinin nümayəndəsi və "Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədarinin yazdığı məqalə ərəb ölkələrində sərt reaksiyalar törətdi. Ərəblər İranın ikiyönlü siyasəti yürütməkdə suçlandırdılar və elan etdilər ki, İran rəsmilərinin Ərəblərə qarşı tutduğu mövqe və siyasət Müttəki və digər rəsmilər deyən kimi yox, elə Şəriətmədari yazdığı kimidir.

Xatırladaq ki, İranda yayımlanan Keyhan qəzetində baş redaktor Hüseyn Şəriətmədari keçən ay yazdığı məqalədə Bəhreyn ölkəsinin İrana məxsus olduğunu iddia etmişdi. Bu iddiaya qarşı ərəb ölkələrində və xüsusi ilə Bəhreyndə sərt reaksiyalar oldu. İran XİN-in sədri M.Müttəki Ərəblərdən üzr istəsə də, bu ölkələrin İranla münasibətlərinə ciddi xələl dəydi.

İranın daxilində fəaliyyət göstərən İRNA agentliyi avqustun 1-də məlumat verib ki, İran prezidenti Əhmədinecad bu barədə heç narahat olmayıb. İranın hərbi qüvvəsi gərəyincə güclüdür və qonşu ölkələrə silah satılmağı ciddi təhlükə hesab etmidr.

Xəbər lenti

Xəbər lenti